Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı boksçu Konor Makqreqoru təhqirlərinə görə bağışlayıb və onu Dağıstana dəvət edib.
Bunu o, "Youtube" kanalına yerləşdirilən videoda deyib.
"Bütün bunları bağışlayıram, mərhəmətli olmaq lazımdır", - deyə o bildirib.
Böyük Nurməhəmmədov həmçinin Makqreqoru dekabrın 15-də Dağıstan Respublikasında keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib.
Bundan əvvəl Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətində olduğu bildirmişdi.