Qurban Qurbanov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 46 yaşlı mütəxəssis yığmanın futbolçularına tövsiyələrini verib və seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.

Görüşdə milli komandaların menceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqovda iştirak edib.

Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və İsrail yığmaları olacaq. Komanda oktyabrın 23-də Norveç, üç gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.