DÇ-nin ilk günündə 4 güləşçimiz medalsız qaldı
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb. Ilk yarış günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.
Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlib. Ancaq növbəti mərhələdə yapon güləşçi keçilməz olub.
Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov böyüklərin mundialında ilk görüşünü rahat qələbəylə başa vurub. Təmsilçimiz çətinlik çəkmədən israilli həmkarını üstələyib. Debütant monqolustanlı güləşçi üzərində əzmkar qələbəyə sevinib. Son saniyələrdə icra etdiyi fənd həlledici olub. Təəssüf ki, gənc güləşçimiz 1/4 finalda daha təcrübəli gürcüstanlı rəqibinə uduzub.
Murad Süleymanov ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisinə uduzub.
Cəmaləddin Məhəmmədov debütdə Rio Olimpiadasının bürünc medalçısıyla bacarmayıb.
61 kq
1/8 final - Pərviz İbrahimov - Kazuya Koyanaqi (JPN) 4:9
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN) 8:6
74 kq
1/4 final - Abubakr Abakarov - Avtandil Kentçadze (GEO) 2:5
1/8 final - Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (MGL) 6:5
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR) 10:0
86 kq
Təsnifat - Murad Süleymanov - Dauren Kuriqliyev (RUS) 0:7
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR) 3:4