DÇ-2018: Hacı Əliyev uduzdu, Georgi Edişeraşvili 1/8 finalda
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
İkinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən güləşçilər mübarizə aparır. Təmsilçilərimizdən ikisi ilk, ikisi isə ikinci mərhələdən mundiala start verir.
Georgi Edişeraşvili uğurlu start götürüb. Avropa çempionu gərgin keçən ilk görüşdə Şimali Koreya təmsilçisindən üstün olub.
Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını kubalı güləşçiylə görüşdə çəkib.
57 kq
1/8 final - Georgi Edişeraşvili - Sandip Tomar (İND)
Təsnifat - Georgi Edişeraşvili - Kumsonq Kanq (PRK) 11:6
65 kq
Təsnifat - Hacı Əliyev - Alexandro Valdes Tobyer (CUB) 0:2
79 kq
1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos (PUR)
92 kq
1/8 final - Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İRİ)