"Qarabağ" - "Vorskla" oyununa avtomobili ilə gələnlər üçün ictimai dayanacaq fəaliyyət göstərəcək
“Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Ukraynanın "Vorskla" komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələn azarkeşlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.
Ictimai avtodayanacaqdan matçın başlanmasından 3 saat əvvəl - saat 18:55-dən etibarən istifadə edilə bilər.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.