"Neftçi"nin kapitanı bərpa prosesi keçmək üçün Almaniyaya yollanıb
"Neftçi" klubunun kapitanı Ruslan Abışov bərpa prosesi keçmək üçün Almaniyaya yollanıb.
31 yaşlı təcrübəli müdafiəçi hazırda fitness zalında məşq edir.
Qeyd edək ki, Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Macarıstan "Uypeşt"inə 0:4 hesabı ilə uduzduqları oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağındanzədələnib.