Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
35 ölkədən 383 atletin mübarizə apardığı turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub.
Atletimiz təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 301 kq (136+165) nəticə ilə Paşa İbrahimli yekun sıralamada 4-cü yeri tutub.
Bundan əvvəl Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.