"Azərbaycan millisinin Avropa çempionatında qrupdan çıxmaq şansı az deyil”
Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının müdafiəçisi Valeri Bondar Futbolxeber.az saytına müsahibə verib.
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatından nə gözləyirsiz?
- Avropa çempionatına ciddi hazırlaşmışıq. Qrup oyunlarına çox vaxt qalmayıb. Bakıya uğur qazanmaq üçün gəlmişik. Maksimal dərəcədə məqsədə çatmaq üçün çalışacağıq.
- Təqvimi Ukrayna millisi üçün uğursuz saymaq olar? Çümki ilk oyunda favoritlərdən olan Almaniya ilə qarşılaşacaqsınız.
- Bəli, Almaniya favoritdir. Lakin onlardan qorxmuruq, rəqibə hörmətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, turnirə yaxşı start verək.
- Bu yarışda Ukrayna millisinin məqsədi nədir?
- Məqsədimiz qrupdan çıxmaqdır.
- Bu, komandanızın qarşısına qoyulan minimum, yoxsa maksimum hədəfdir?
- Hələ ki, yalnız qrup mərhələsini düşünürük. Sonra necə olacağını zaman göstərəcək.
- Daha əvvəl yoxlama oyununda Azərbaycanla qarşılaşmısız. Yığma komandamızın turnirdəki şanslarını necə dəyərləndirirsiz?
- Azərbaycanın çox yaxşı komandası var. Heyətiniz güclüdür. Üstəlik, komandanız evdə oynayır. Doğma divarlar və azarkeş dəstəyi Azərbaycan millisinin üstünlükləridir. Azərbaycanın qrupdan çıxmaq şansı az deyil.
- Avropa çempionatında çəkindiyiniz, qarşılaşmaq istəmədiyiniz rəqib var?
- Turnir iştirakçılarının hər biri yaxşı komandalardı. Aydın məsələdir ki, İspaniya, Fransa, Serbiya kimi yığmaların heyətləri çox güclüdür. Bununla belə, konkret hansısa komandadan çəkinmirik.
- Çoxları hesab edir ki, “B” qrupu çempionatın ən zəif qrupudur. Bu fikirlə razısız?
- Xeyr, mən belə deməzdim.
- Hər halda, “D” qrupunda İtaliya, İspaniya, Hollandiya və Serbiya kimi komandalar yer alıb.
- Mən hansısa komandanı fərqləndirməkistəməzdim. Avropa çempionatında mübarizə aparacaq hər bir komanda güclüdür.