"Vorskla"nın müdafiəçisi "Qarabağ"ın 3 futbolçusunu fərqləndirib

“Sabah hər iki komanda üçün vacib oyun olacaq. “Qarabağ” güclü komandadır. Bir neçə dəfə ölkə çempionu olub və avrokuboklarda böyük təcrübəsi var. Bizi çətin oyun gözləyir. Azarkeşlərin xoşuna gələcək oyun görəcəyik”.

Bunu Ukraynanın “Vorskla” komandasının futbolçusu İqor Perduta UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər matçından əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

27 yaşlı müdafiəçi bildirib ki, “Vorskla”dakı maliyyə problemlərinə də toxunub: “Klub prezidenti, rəhbərlik maaşları vaxtında ödəməyə çalışır. Bəzən müəyyən nüanslar ola bilər. Amma hazırda problem yoxdur. “Qarabağ”da Abdulah Zubir, Mahir Mədətov və İnnosent Emeqaranı qeyd edərdim. Xüsusən, hücum xətti güclüdür. Vətənə ən yaxşı nəticə ilə dönmək istəyirik”.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.