DÇ-2018: Mariya Stadnik yarımfinalda
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib. Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.
Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.
Anjela Doroqanın da startı parlaq alınıb. Yığma üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və yığma üzvünün məğlubiyyəti ilə nəticələnib.
Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionuyla üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib.
Elmira Qəmbərovanın Bolqarıstan təmsilçisi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib.
50 kq
1/2 final - Mariya Stadnik - Sonhyanq Kim (PRK)
1/4 final - Mariya Stadnik - Yanan Sun (CHN) 10:0
1/8 final - Mariya Stadnik - Fredrika İda Petersson (SWE) 10:0
53 kq
1/4 final - Anjela Doroqan - Sara Ann Hildebrant (USA) 9:15
1/8 final - Anjela Doroqan - Hsin Yu Çiu (TPE) 10:0
57 kq
1/8 final - Alyona Kolesnik - Ninqninq Ronq (CHN) 0:10
Təsnifat - Alyona Kolesnik - Helen Lusi Marolis (USA) 4:2 (tuşe)
62 kq
Təsnifat - Elmira Qəmbərova - Taybe Mustafa Yuseyn (BUL) 5:5*