“Qələbəmi anama həsr edirəm” - VİDEO
İrina Netreba (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan ilk qadın güləşçimiz oldu. 27 yaşlı güləşçi bürünc medal əldə etdikdən sonra mundialdakı çıxışı haqqında bunları deyib:
"Sözsüz, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım. Bu "bürünc"ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm".