Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanıb.
48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı finalda yaponiyalı Yui Susakiyə məğlub olub.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycanın qadın idmançıları dünya çempionatını bir gümüş və bürünc medalla başa vurublar. Daha öncə 65 kq çəki dərəcəsində yarışan İrina Netreba bürünc medala sahib olub.