İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb
İngiltərə Premyer Liqasında çıxış edən "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb.
Ilkin məlumata görə, vertolyot idarəetməni itirib və "Kinq Pauer" stadionu yaxınlığında qəzaya uğrayıb.
Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.
Vişay Şrivaddanaprabha "King Power Duty Free" gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə "Lester Siti" klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.