Azərbaycan Premyer Liqasının IX turunda "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Qarabağ” oyununa VİP-qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəvət olunub.
Paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev matçın fasiləsində oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi "lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandanın formasını hədiyyə edib.
Qarşılaşmadan məmnun qaldığını bildirən E.Özoral "Neftçi” və Türk Hava Yolları arasındakı əməkdaşlığın, Türk Hava Yollarının "Neftçi”nin timsalında Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.