İngiltərənin "Lester Siti" futbol klubunun sahibi Vişaya Şrivaddxanaprabxinin göyərtəsində olduğu vertolyotun qəzaya uğradığı anın görüntüləri yayılıb.
Faciə səbəbindən "Lester"in oktyabrın 31-də "Sauthempton" ilə keçirilməli olan İngiltərə Liqa Kuboku oyunu təxirə salınıb.
Bundan əvvəl İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində "Kardiff Siti" klubu ilə keçirilməli olan oyuna isə "Lester" heyəti əvvəlcədən planlaşdırıldığı kimi təyyarə ilə deyil, avtobusla yola düşüb.