“Arsenal”ın “Qarabağ” azarkeşləri üçün nəzərdə tutuduğu biletlər satışa çıxarılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının IV turunda İngiltərənin “Arsenal” komandası ilə səfər oyunu üçün Ağdam təmsilçisinin azarkeşlərinə nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Ümumilikdə 500 olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, matç dekabrın 14-də Londondakı “Emireyts” stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.