“Qalatasaray”-“Fənərbaxça” oyununda qalib müəyyənləşməyib

Türkiyə Super Liqasında XI tura start verilib.

Açılış matçında İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbaxça” komandaları qarşılaşıb. Matç 2:2 (Donk, 31, Linnes, 49 - Valbuena, 66, Jailson, 72) hesablı bərabərliklə başa çatıb.

"Sarı-qırmızılar" matçda rəqibi 2 top fərqi ilə üstələsələr də, üstünlüyü sona qədər qoruya bilməyiblər.

Bu matçdan sonra “Qalatasaray” hesabındakı xalların sayını 20-yə çatdırıb və turnir cədvəlində ikinci sırada qərarlaşıb.

"“Fənərbaxça” isə 10 oyundan sonra cəmi 10 xal toplaya bilib. “Sarı-lacivərdlilər” hazırda turnir cədvəlində 15-ci pillədə yer alıblar.