Ölkəmizə ikinci gümüş medalı Elmar Qasımov qazandırdı
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.
Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib. Tbilisi Qran-pri yarışının qalibi Elmar Qasımov səkkizdəbir finalda Lyes Bouyakoub (Əlcəzair) ilə qarşılaşıb.
Elmar Qasımov növbəti qələbəsini qazanıb. O, səkkizdəbir final mərhələsində Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək dörddəbir finala vəsiqə əldə edib.
Təmsilçimiz dörddəbir finalda o, 2016-cı ildə keçirilən böyüklər arasında cüdo üzrə Afrika çempionatının qalibi ilə üz-üzə gəlib. Misir təmsilçisi Ramadan Dərvişə ippon fəndi ilə qalib gələn Elmar Qasımov yarımfinalda ukraynalı Artyom Bloşenkonu mübarizədən kənarlaşdırıb. Bununla da idmançımız ən az gümüş medalı özü üçün təmin edib. Qızıl medal ugrunda görüşdə o, çexiyalı Lukas Krpalekini sınağa çəkib. Lakin bu qarşılaşmada qızıl medal çexiyali cüdoçuya qismət olub. Bu Azərbaycan yığma komandasının Rio-2016-da ikinci gümüş medalıdır.
Anar Əhmədov