Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun digər oyunları keçiriləcək.
Ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən matçı İtaliyada olacaq. "Yuventus" İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək. Turin təmsilçisi III turda rəqibini səfərdə məğlub edib - 1:0. "Yuventus" bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə növbəti mərhələni təmin edəcək.
Turnirin son qalibi İspaniyanın "Real Madrid" komandası isə səfərdə Çexiyanın "Viktoriya" (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Madrid klubu evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələyib.
7 noyabr
Çempionlar Liqası, IV tur
E qrupu
00:00. "Bavariya" (Almaniya) - AEK (Afina, Yunanıstan)
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks"(Hollandiya)
Xal durumu: "Ayaks" - 7, "Bavariya" -7, "Benfika" - 3, AEK - 0.
F qrupu
00:00. "Lion" (Fransa) - "Hoffenhaym" (Almaniya)
00:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)
Xal durumu: "Mançester Siti" - 6, "Lion" - 5, "Şaxtyor" - 2, "Hoffenhaym" - 2
G qrupu
00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Real Madrid" (İspaniya)
21:55. MOİK (Moskva, Rusiya) - "Roma" (İtaliya)
Xal durumu: "Roma" - 6, "Real Madrid" - 6, MOİK - 4, "Viktoriya" - 1.
H qrupu
21:55. "Valensiya" (İspaniya) - "Yanq Boyz" (İsveçrə)
00:00. "Yuventus" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Yuventus" - 9, "Mançester Yunayted" - 4, "Valensiya" - 2, "Yanq Boyz" - 1.