AFFA-nın baş katibi UEFA-nın tədbirində iştirak edəcək

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçiriləcək.

 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, Komitə sədrinin 2-ci müavini Elxan Məmmədov da iclasda iştirak edəcək.