ABŞ-ın “Atlanta” klubunun futbolçusu Jozef Martines penaltidən qeyri-adi qol vurub.
25 yaşlı hücumçu MLS-in pley-off mərhələsində “Nyu-York Siti” ilə cavab matçında bacarığını nümayiş etdirib. Venesuelalı oyunçu zərbə anında fərqli texnika tətbiq edərək hesabı açıb.
Qeyd edək ki, Jozef Martinesin dubl etdiyi görüşdə 3:1 hesabı ilə qalib gələn “Atlanta” yarımfinala vəsiqə qazanıb. Corciya təmsilçisi finala vəsiqə uğrunda “Nyu-York Red Bullz”la qarşılaşacaq.