AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb
AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Avstriyalı funksioner Avropa Liqasının qrup mərhələsində Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda “Zenit” və Danimarkanın “Kopenhagen” komandaları arasındakı matçın hakim-inspektoru olacaq.
Qeyd edək ki, görüş noyabrın 29-da keçiriləcək.