Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək
Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.
Matçda Azərbaycan futbol veteranları ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət komandalar üz-üzə gələcək.
Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət kollektivin çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan futbolunun istedadlı nümayəndələrindən sayılan V.Qasımov zəngin futbolçu karyerasına malikdir. O, “Neftçi” ilə yanaşı, Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib, 1992-ci il Rusiya çempionatının bombardiri olub. Hazırda V.Qasımov 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.