AFFA rəsmiləri Azərbaycan milli komandasının oyununu izləyəcəklər

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstanda səfərdədir.

milli assosiasiya rəsmiləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində İsraillə keçirəcəyi oyunu izləyəcəklər. 

Qeyd edək ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.