Farer adaları millisi Bakıda ilk məşqini "Neftçi"nin bazasında keçirib

 UEFA Millətlər Liqasının V turunda Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığması Bakıda ilk məşqinə çıxıb.

Simallıların hazırlıq prosesi “Neftçi” klubuna məxsus “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq. Kosovo hazırda 8 xalla qrup lideridir. Azərbaycanın 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.