Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iştirak edəcəklər
Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçiriləcək “Continental Cup” turnirində iştirak edəcəklər.
Noyabrın 16-da start götürəcək yarışda məşqçilər - Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hamısı 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hər ikisi 92 kq) və Roman Bəkirov (97 kq) iştirak edəcək.
Üç gün davam edən turnirdə Azərbaycanın II dərəcəli beynəlxalq hakimləri Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyacaq.