"Neftçi"nin baş məşqçisi: "Böyük futbolçu və yaxşı insanın yubileyidir"
"Bu cür tədbirə dəvət aldığım üçün şadam. Böyük futbolçu və yaxşı insanın yubileyidir".
Bunu Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis bildirib ki, fiziki formasını saxlamaq üçün ciddi şəkildə məşq etmir: "Bu gün elə də böyük olmayan tempdə oynadıq. Əsas ad gününü bayram etmək idi. Bir daha təbrik edirəm".
Bordin matçın gedişində rəqibin qapısını qoruyan "Qarabağ"ın qapıçılar üzrə məşqçisi Elxan Həsənovla təkbətək çıxsa da, fürsəti əldən verib. O, "Çempionatda əsas rəqibiniz sayılan "Qarabağ"ın məşqçisini niyə məyus edə bilmədiniz", - sualına gülərək belə cavab verib: "Bütün kartları açmaq istəmədik".