Avropa Liqasının finalı üçün Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

 Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb.

Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. 

Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:

https://uelf.hospitality.uefa.com/home/

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.