Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Bu gün Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Beynəlxalq Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, iki gün davam edəcək yarışda ölkənin 56 cüdo klubundan 500-ə yaxın idmançı, cümlədən Azərbaycan millisinin üzvləri iştirak edir.
Bu gün kişilərdə 60 kq, 73 kq və 90 kq, qadınlarda isə 48 kq, 57 kq və 70kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. İkinci yarış günündə isə kişilər 66 kq, 81 kq, 100 kq və +100 kq, qadınlar isə 52 kq, 63 kq, 78 kq və +78 kq çəki dərəcələrində mübarizə aparacaqlar.