Kosovo və Azərbaycan oyununda yerli azarkeşlər qonaq komandanın himninə qarşı hörmətsizlik ediblər
Kosovo və Azərbaycan yığmaları arasındakı UEFA Millətlər Liqasının oyunu zamanı yerli azarkeşlər qonaq komandanın himninə qarşı hörmətsizlik ediblər.
Kosovolu fanatlar Azərbaycan himnini fitə basıblar.
Bu, himn bitənədək davam edib.
Qeyd edək ki, "Fadil Vokrri" stadionunda keçirilən oyun saat 23:45-də başlanıb.