"Sumqayıt" klubunun qış hazırlıq planı müəyyənləşib

 "Sumqayıt" futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

"Gənclik şəhəri" təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-dəTürkiyəyə yollanacaq.

İki həftəlik təlim-məşq toplanışı Antalyanın Bələk bölgəsindəgerçəkləşəcək. Komanda əvvəllər "Qarabağ"ın qış toplanışlarında daimi məskunlaşdığı "IC Santai Belek" otelində qalacaq.

Yoxlama oyunlarındakı rəqiblər hələlik müəyyənləşməyib.