UEFA "Qarabağ"ın rəqibləri arasındakı oyunla bağlı qərarını açıqlayıb
Ukraynada hərbi vəziyyətin elan olunması "Vorskla" və İngiltərə "Arsenal"ı arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçına təsir etməyəcək.
UEFA görüşün planlaşdırıldığı kimi, noyabrın 29-da Poltavada təşkil olunacağını açıqlayıb. Avropa futbol qurumu oyun zamanı bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini vurğulayıb. Aleksey Butovski adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
Hər iki komanda "Qarabağ"la birgə E qrupunda yer alıb.
Qeyd edək ki, hərbi vəziyyət Kerç boğazındakı münaqişə üzündən elan olunub.