Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub
Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub.
28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. O, hər biri 25 dəqiqədən ibarət rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.
Beləliklə, Karlsen 5 ildir, ələ keçirdiyi dünya çempionluğunu özündə saxlamağı bacarıb.