"Qafqazın Xerosiması"- Ağdam.

Isvecin məhşur "Expressen" qəzeti Qarabağ, Allahverdi Bagirov haqqında geniş məqalə yazıb.

Olimpsport.az qəzetin rəsmi saytına istinadən xəbər verir ki, yazıda müharibənin fəsadlarından və "Qarabağ"ın uğurlarından bəhs edilib.

Klubun 1951-ci ildən "Məhsul" adı ilə fəaliyətə başlamasını, İmarət stadionunda oynamasını, sonradan adını dəyişərək "Şəfəq" adı ilə fəaliyət göstərdiyini və yalnız 80-ci illərin sonlarında "Qarabağ" adlanmasını qeyd ediblər. "Qarabağ"ın çempion olmasından, 1993-cü ildə ermənilərin Azərbaycana hücumundan, şəhərin və stadionun bombalanmasından, əhalinin qaçaraq digər şəhərlərə sığınmasından da yazıblar. "Qarabağ"ın baş məşqçisi Allahverdi Bağırovun sürücüsü ilə Ağdama qayıdarkən minaya düşərək həlak olmasını və ölümündən sonra "Azərbaycan milli qəhrəmanı" adını almasını qeyd ediblər. Yazıda həmçinin klubumuzun avrokuboklardakı çıxışlarına, Müşfiq Hüseynovun qolları ilə "Makkabi" üzərində 2-1 hesablı səfər qəlkəbəsinə yer ayrılıb. 2008-ci ildən Qurban Qurbanovun komandanın sükanı arxasına gətirilməsinə, səviyəli oyunçular transfer etməsinə, Tiki-Taka üslubunda futbol oynamasına toxunan həmkarlarımız "Qarabağ"ın ardıcıl çempionluqlarından, avroliqada iki il qrupa düşməsindən və hələ də uğurlu yoluna davam etməsindən söhbət açıblar. Klubun rəmzlərinin atlar olmasını və komandanın də məhz buna görə "atlılar" adlandırılmasını qeyd ediblər. "Qarabağ"ın ev oyunlarını bəlli səbəblərdən Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsini qeyd edərək  Ağdam şəhərini "Qafqazın Xerosiması" adlandırıblar.

 

http://www.expressen.se/gt/sport/blavitts-el-motstand-laget-fran-spokstaden/