AFFA-nın baş katibi UEFA Uşaq Fondunun İdarə Heyətinin iclasında iştirak edib

AFFA-nın baş katibi Elxan MəmmədovUEFA Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinin növbəti iclasında iştirak edib.

 İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə fondun idarə heyətinin üzvü olan E.Məmmədovla yanaşı, dünya idmanının tanınmış simalarından biri, boks idman növündə çoxsaylı uğurlara imza atmış Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib.

Xatırladaq ki, AFFA-nın 2017-ci ildə irəlü sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA Uşaq Fondu tərəfindən təsdiq olunub. Layihə əsasında fondun maliyyə dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa edilmiş süni örtüklü meydançada uşaqlar arasında turnir keçirilib.