UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək
UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında videotəkrar (VAR) sistemindən istifadə edəcək.
Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Daha əvvəl VAR-ın 2019-cu il UEFA Super Kuboku uğrunda matçda, 2020-ci il Avropa çempionatının final mərhələsində, 2020-2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən və 2021-ci il Millətlər Liqasının finalında tətbiq olunacağı müəyyənləşib.
Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.