Azərbaycanda səfərdə olan futbol üzrə fransalı dünya və Avropa çempionu Rober Pires Bakı Olimpiya Stadionunda olub.
Veteran futbolçu AFFA-nın baş katibi Elxan Məmmədovla birgə uşaqlar üçün festivalı izləyib, onlar üçün avtoqraf verib. Pires Bakıda keçiriləcək 2019-cu il Avropa Liqasının səfiri Vəli Qasımovla da görüşüb.
O, daha sonra jurnalistlər üçün brifinq keçirib.