AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.

S.Hacıyev Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” – “Porto” oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, matç dekabrın 11-də İstanbul şəhərindəki Esenyurt Necmi Kadıoğlu stadionunda baş tutacaq.