Baş katib: “AFFA üçün 2020-ci il Avropa çempionatına vəsiqə çox vacibdir”
“Hədəf hər zaman daha yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq, hədəf dəyişməyəcək”.
Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, milli assosiasiya üçün 2020-ci il Avropa çempionatına vəsiqə çox vacibdir: "Çünki vəsiqə qazansaq, oyunlardan 2-sini evdə keçirməli olacağıq. Bu da bir üstünlükdür. Yeni baş məşqçinin nəzərinə bu məsələni çatdıracağıq".