Böyükağa Hacıyevin qəbrinin üstünün götürülmə xərclərini AFFA qarşılayacaq

AFFA İcraiyyə Komitəsinin dekabrın 8-də keçirilən iclasında daha bir məsələ müzakirə olunub. Məşqçilər Komitəsinin mərhum sabiq üzvü Böyükağa Hacıyevin qəbrinin üstünün götürülməsinə dair mövzu müsbət həllini tapıb.

 

Əldə etdiyimiz informasiyaya görə, qaldırılan məsələ uzun müzakirəyə səbəb olmayıb. AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”nin sabiq baş məşqçisinin ailə üzvlərinin qəbrinin üstünün götürülmə xərclərini qarşılaya bilməməsi barədə məlumatlandırılan kimi, məsələni mərhumun il mərasiminə qədər həll edilməsi tapşırığını verib.

 

Qeyd edək ki, Böyükağa Hacıyev bu il martın 16-da torpağa tapşırılıb.