Azərbaycan milli komandasının iki futbolçusu üçün imza günü keçiriləcək

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonaqları bəlli olub. 

Dekabrın 26-da saat 19:00-da Avropa Liqası Muzeyində Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. 

Dekabrın 27-də saat 19:00-da isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək.

Muzey ziyarətçiləri imza günündə futbolçular ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. 

Final oyunu mayın 29-da baş tutacaq.