Ağayev etiraf etdi: “Aşkar penalti idi”
FIFA referisi Əliyar Ağayev “Neftçi” - “Qəbələ” oyununda Aleksey Qayın yerdə qaldığı epizodda səhvə yol verdiyini etiraf edib.
Olimpsport.az saytının məlumatına görə, Ağayev epizodla bağlı bunları söyləyib: “Həmin anda mövqeyim ideal idi. Oyun zamanı düzgün qərar qəbul etdiyimə şübhəm etmirdim. Həmin epizodda aşkar penalti idi. Sadəcə, Qayın yıxılması mən yayındırdı. Onun dizini qatlaması məni yanıltdı. Oytundan sonra təkrara baxdım və gördüm ki, penalti idi”.