Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıblar.
Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar. Mükafatları A.Rəhimov və Ç.Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.
İlin məşqçiləri
1. Vaqif Feyzullayev - güləşçi Eldəniz Əzizlinin məşqçisi
2. Fərhad İsmayılov - stolüstü tennis komandasının məşqçisi
3. Tərlan Həsənov - cüdoçu Hidayət Heydərovun məşqçisi
İlin ən yaxşı hakimləri
- Vaqif Hüseynağa oğlu Əliyev (həndbol)
- Anar Tofiq oğlu Babanlı (boks)
- Vahid Əlış oğlu Nəzərov (ağır atletika)
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə
- Gimnastika Federasiyası
- Cüdo Fedarasiyası
- Velosiped Federasiyası
İlin ən yaxşı federasiyası
- Güləş Federasiyası
İlin yekunlarına görə ilin ən yaxşı komandası
- Qızlardan ibarət stolüstü tennis üzrə yığma komanda
İlin yekunlarına görə ən yaxşı idman həkimi
- Aytəkin Sahib qızı Rüstəmova (İdman həkimi nəzarəti şöbəsinin
müdiri)
İlin ən fəal veteranı
- Elmira Petrovna Safonina (qılınc oynatma, veteran)
İlin ən yaxşı idman qurğuları
- Abşeron Olimpiya İdman Kompleksi
- Göygöl Olimpiya İdman Kompleksi
Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı
Dilqəm Qasım oğlu Quliyev (ADBTİA - elmlər doktoru)
İlin ən yaxşı idman verilişlərinin jurnalisti (təşkilatçısı)
- Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanalı)
İlin ən yaxşı İdman televiziya verlişləri kanalı
- Xəzər TV
İlin ən yaxşı idman agentliyi
- Rekord.az
İlin ən yaxşı televiziya verilişləri layihəsi
- "Bol idman" (İctimai TV)
Fəxri diplom
- Şahin Qaçay oğlu Mahmudov
- Fariz Abdulla oğlu Nəcəfov ("Qəbələ" Klubu)
- Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)
- Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)
- Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası: Azərbaycan milli olimpiya komandası
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə
1. Yelizaveta Luzan (bədii gimnastika) - I yer
2. Vüqar Talıbov (cüdo) - I yer
3. Turan Bayramov (sərbəst güləş) - I yer
4. Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer
5. Cavad Ağayev (taekvondo) - III yer
6. Şahanə Nəzərova (qadın güləşi) - III yer
7. Nurlan Səfərov (boks) - III yer
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Rövnəq Abdullayev
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Orxan Qoca
Ədalətli oyun prinsiplərinə sadiq hakim: Emin Şaxtaxtinski
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Mariana Vasilyeva
Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Eldəniz Əzizli
Ədalətli oyun prinsiplərinə sadiq səfir: Fərid Mansurov
İlin ən yaxşı idmançıları
1. Eldəniz Əzizli (yunan-Roma güləşi) - Dünya və Avropa çempionu
2. Bayram Mustafayev (paracüdo) - Dünya çempionu
3. Hidayət Heydərov (cüdo) - Dünya və Avropa çempionatının mükafatçısı
4. Cəbrayıl Həsənov (sərbəst güləş) - Dünya və Avropa mükafatçısı
5. Radik İsayev (taekvando) - Avropa çempionu və Dünya Kubokunun mükafatçısı
6. Mixail Malkin (tamblinq) - Avropa çempionu
7. Pərviz Həsənov (dama) - Gözdən əlillər arasında dünya və Avropa çempionu
8. Şəhriyar Məmmədyarov (şahmat) - Dünya reytinqində 3-cü yerin sahibi
9. Elxan Əliyev (kikboksinq) - Avropa çempionatının mükafatçısı
10. Rafael Ağayev (karate) - dünya çempionatının mükafatçısı və Avropa çempionu
Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif ediliblər.