AGF ilin ən yaxşı idman federasiyası seçildi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) 2018-ci ilin yekunlarıyla bağlı tədbir keçirib.
Ənənəyə uyğun olaraq, nazirlik tərəfindən müxtəlif nominasiyalar üzrə qaliblər seçilib. Mükafatları gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.

Qürurla bildiririk ki, bu il bir çox uğurlara imza atan Azərbaycan Güləş Federasiyası ilin ən yaxşı idman federasiyası seçilib. AGF-nin baş katibi Orxan Məmmədova plaketi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərov təqdim edib. Bu yerdə qeyd etmək yerinə düşər ki, federasiyamız bundan əvvəl də dəfələrlə ən yaxşı idman federasiyası kimi təltif olunub.
Güləş ailəsinin mükafatlandırılması yalnız bununla məhdudlaşmayıb. Belə ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli, sərbəst güləşçimiz Cəbrayıl Həsənov və qadın güləşçimiz Mariya Stadnik ilin ən yaxşı idmançıları sırasında yer alıb. Eldəniz Əzizli həm də ədalətli oyun prinsiplərinə ən sadiq idmançı kimi təltif edilib. Dünya və Avropa çempionumuzun şəxsi məşqçisi Vaqif Feyzullayev isə ilin ən yaxşı məşqçisi seçilib.
Oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmiş idmançılar da diqqətdən kənarda qalmayıb. Olimpiya çempionu olan Turan Bayramov və bürünc medalçı Şahanə Nəzərova daha 5 idmançıyla birgə mükafatlandırılıb.
Bütün bunlar Azərbaycanda güləşin inkişafından, görülən işlərin səmərəsindən və bu idman növünə olan dövlət qayğısından xəbər verir. Xüsusən qeyd etmək lazımdır ki, Namiq Əliyevin bu ilin mayında AGF-nin rəhbər vəzifəsinə qayıtmasından sonra həyata keçirilən fəaliyyət, güləşin ənənəvi iş prinsiplərinə sadiqlik sözünü deməkdədir. Qazanılan uğurlar və bu uğurlara verilən dəyər də buna sübutdur. Əlbəttə, növbəti iki il bütün olimpiya növləri, o cümlədən də güləşimiz üçün daha məsuliyyətli dövrdür. Bu günün uğurları sabahın qələbələri üçün qarantdır. AGF əsas hədəf olan Tokio Olimpiadasına qədər atılacaq addımların dəqiq və uğurlu olması üçün əlindən gələni edəcək.