“Avropa Liqası muzeyi”ndə Azərbaycan milli komandasının üzvləri - “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü keçirilib.
Tədbir Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində təşkil olunub. Muzey ziyarətçiləri futbolçularla yaxından tanış olub, onlardan imza alıb və foto çəkdiriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib. Final oyunu mayın 29-da baş tutacaq.