UFC rəhbəri: Bu il Makqreqorla Nurməhəmmədov arasında təkrar döyüş ola bilər
Bu il Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovla rəqibi, irlandiyalı boksçu Konor Makqreqor arasında təkrar döyüş ola bilər.
Bu barədə Mütləq Döyüş Çempionatının rəhbəri Deyn Uayt bildirib.
"Düşünürəm ki, onlar 2019-cu ildə yenə görüşəcəklər. Əgər hər şey plan üzrə getsə, döyüş olacaq", - deyə Uayt bildirib.
Ötən ilin 6 oktyabrında Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.
Daha əvvəl irlandiyalı boksçu Konor Makqreqor da bildirib ki, yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.