"Midlsbro" "Stok Siti" görüşündə qalib müəyyənləşməyib

Bu gün İngiltərə Premyer liqasında ilk turu oyunları keçirilib. Olimpsport.az xəbər verir ki, "Midlsbro" doğma meydanda "Stok Siti"ni qəbul edib. Matçın 11-ci dəqiqəsində Alvaro Neqredo dəqiq zərbə ilə hesabı açıb. 67-ci dəqiqədə Xediran Şakiri "status kuo"nu bərpa edib. Görüş bu hesabla başa çatıb.