Hakan Şükürün atasını 15 ilədək həbs cəzası gözləyir
Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.
Sakarya Prokurorluğu FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilən S.Şükür silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur. Onu 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəmə prosesi fevralın 5-də başlayacaq.
Qeyd edək ki, S.Şükür 2016-cı ilin avqustunda həbs olunub. H.Şükür və ailəsi isə 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a gedib.