"Southampton" "Vatford" görüşündə qalib müəyyənləşmədi
İngiltərə premyer Liqasında ilk turun görüşləri keçirilir. Olimpsport.az xəbər verir ki, "Southamton" öz meydanında "Vatford"u qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 9-cu dəqiqəsində Etiyen Kapu Troy Deninin ötürməsini qola çevirib. 58-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. Matç bu hesabla başa çatıb.