Bu il Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək ölkə müəyyənləşib

Misir 2019-cu il Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək.

Bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Turnir 15 iyun – 13 iyulda baş tutacaq.

Qeyd edək ki, builki yarışı Kamerun təşkil etməli olsa da, ölkə tələb olunan stadionların inşa və yenidənqurmasını başa çatdıra bilməyib. Əvəzində, ötən il Afrika Futbol Konfederasiyası 2021-ci ildə yarışa ev sahibliyi etmək hüququnu Kot dİvuardan alaraq Kameruna verib. Kot dİvuar isə 2023-cü ildə ev sahibi olacaq.